image-milli-meclisbackend

Roberta Metsoladan Milli Məclis sədrinə məktub daxil olmayb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi  Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya məktub ünvanlanması ilə bağlı yerli mətbuatda dərc olunan olunan məlumatlara cavab verib. Cavabda deyilir ki, mətbuatda dərc olunan həmin məlumatlarla biz də sosial media vasitəsilə tanış olduq: “Lakin nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya Avropa Parlamentinin prezidenti Roberta Metsola tərəfindən ünvanlandığı bildirilən hansısa məktub Milli Məclisə daxil olmayıb. Belə bir rəsmi məktub tərəfimizdən qəbul edildiyi zaman, əlbəttə ki, bu məktuba müvafiq cavab veriləcəkdir”.

 

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki