image-10backend

Saatlıda iki mərtəbəli ev yanıb

image-reklam_sirab_01

Saatlı rayonunda yanğın olub.

Vətəninfo.az-ın məlumatına görə, hadisə rayonun Qara Nuru kəndində qeydə alınıb.

Kənd sakini Abıyev Çingiz Ərzulla oğluna məxsus ümumi sahəsi 187 kvadratmetr olan ikimərtəbəli yaşayış evi yanıb.

Yanğın evin dam örtüyündə başlayıb, daha sonra ikinci mərtəbəyə keçib. Ev içindəki əşyalarla birlikdə yanaraq tam yararsız hala düşüb.

Alov Ç.Abıyevin qardaşı Cavid Abıyevin də yaşadığı hissəyə keçib.

Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın söndürülüb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. İlkin ehtimala görə evin dam örtüyündə qısa qapanmanma yanğına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki