image-reklam-veteninfo
image-1backend

Sabirabadda evini tərk edən COVID-19 xəstəsi aşkarlanıb

image-reklam-veteninfo

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Türkədi kənd sakini Kənan Qasımovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar RPŞ-də araşdırmalar aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki