image-sahibebackend

Sahibə Qafarova Milli Assambleyasının sədrlərinə başsağlığı verib

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası Senatının və Milli Assambleyasının sədrlərinə başsağlığı verib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə başsağlığı məktubları ünvanlayıb.
Spiker həmkarlarına, qardaş Pakistan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, faciə nəticəsində yaralananlara şəfa dilədiyini qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki