“Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Türk dövlətlərinin bir-birinə daha da yaxınlaşmasına təkan verməlidir”.
Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova TürkPA-nın Qırğızıstanda keçirilən XI plenar iclasında iştirakı haqqında məlumat verərkən deyib.
Parlament sədri iclasda çıxışı zamanı Zəngəzur dəhlizinin açılması məsələsinə toxunduğunu bəyan edib:
“İclasda qeyd etdim ki, əldə edilmiş razılaşmalara uyğun olaraq Zəngəzur dəhlizinin açılması Türk dünyasının coğrafi bağlantılarının yaxşılaşması baxımından uğurlu addım olacaq”.