image-img-20220910-wa0006backend

Sahibə Qafarova Zimbabve Senatının sədri ilə görüşüb

image-reklam_sirab_01

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Zimbabve Senatının sədri Meybl Çinomona ilə görüşüb. Ölkəmizin Afrika ölkələri, o cümlədən Zimbabve Respublikası ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu diqqətə çatdıran spiker Sahibə Qafarova qeyd edib ki, parlamentlərimiz arasında qarşılıqlı fəaliyyət dövlətlərimiz arasında əlaqələrin inkişafına müsbət təsir göstərə bilər.
Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünü inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini xatırladan Sahibə Qafarova, Zimbabve parlamentinin nümayəndə heyətinin ötən ilin noyabrında Madriddə keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin ilk yığıncağında iştirakını yüksək qiymətləndirib. Milli Məclisin sədri xatırladıb ki, bu ilin 30 iyun-1 iyul tarixlərində Azərbaycanda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransı keçirilib. Bakı Konfransında 40 ölkənin və 8 beynəlxalq parlament təşkilatının parlament nümayəndə heyətləri iştirak edib və konfrans zamanı bizim ümumi mövqeyimizi və baxışlarımızı əks etdirən Bakı Bəyannaməsi qəbul edilib.
Zimbabve Senatının sədri Meybl Çinomona ölkəsinin parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa önəm verdiyini bildirib. O, həmçinin qanunverici orqanlar arasında əlaqələrin əhəmiyyətini qeyd edərək, vurğulayıb ki, parlament diplomatiyası müasir beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətə malikdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
image-img-20220910-wa0006


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki