image-369687393_10159031928337691_2605775965957784162_nbackend

Samur təpəsində üzü Rusiyaya tərəf Cümhuriyyəti qoruyan Azərbaycan əsgərləri üçün Abidə ucadılsın

image-reklam_sirab_01
Azərbaycan Cümhuriyyət ordusunu və hökuməti 1918-1920-ci illərdə qısa zaman ərzində yaranmasına baxmayaq Avropa modelində formalaşmış idi. Cümhuriyyətin 40 minlik ordusu vardı. Bu orduya 8 piyada alayı, 3 əlahiddə piyada batalyonu, 3 atlı alayı, 3 topçu briqadası, atlı dağ divizionu, qısalüləli top divizionu, 2 zirehli qatar, 6 zirehli avtomobil, Ərdəhan və Qars adlı 2 sürətli sahil-keşikçi gəmisi və 8 hidroplan daxil idi. Belə bir ordu işğalçı rus ordusunun qarşını ala bilərdimi sualları barədə müzakirələr çox gedir. Əlbəttdə ala bilərdi, lakin o zaman Cühmuriyyət hökumətində ikitirəlik olmasa və eyni zamanda bolşeviklərin başında Xəlil paşanın (Ənvər və Nuru paşaların əmisi) gəlməsə idi. Bu başqa mövzudur, bunu sonra yazacam. Əsas məsələ 72-minlik işğalçı orduya qarşı savaşıb onlara böyük zərbələr vuran Xaçmazda dayanan I Piyada Diviziyasının 350 əsgərinin xatirəsinin bu gün unudulmasıdır.
1920-ci ilin Novruz bayramı günlərində Azərbaycan ordusunun, demək olar ki, hamısı Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşduğu üçün ölkənin şimal sərhədləri müdafiəsiz qaldı. Daşnak quldur dəstələrinin Xankəndi qarnizonuna hücumu ilə başlanan Qarabağ qiyamını yatırtmaq üçün milli ordu hissələri təcili Bakıdan və Dağıstan sərhədlərindən Qarabağın dağlıq hissələrinə gətirilməyə başladı. 1920-ci il aprel ayının 28-si 70 minlik XI Qırmızı Ordu, öndə “III İnternasional”, daha 4 əlavə “Qırmızı Dağıstan”, “Qızıl əsgər”, “Həştərxanlı” və “Stepan Razin” zirehli qatarları və 300 nəfərdən ibarət piyada desant, Anastas Mikoyan, Qəzənfər Musabəyov da rusun qucağında oturan Azərbaycanda şura hökuməti qurmağa gələnlər Samur çayı üzərindəki körpünü keçir.
O zaman Samur çayı boyunca dağlardan dənizə qədər 15-20 verstlik sərhəd zolağını 170 süvari, yeddi zabit, iki uryadnik, altı piyada bölüyü və iki taqımdan ibarət dəstə qoruyurdu.
Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir. Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zirehli qatarına knyaz Lordkipanidze komandanlıq edirdi. Belə ki, qarnizonu süvari patrullar xəbərdar etmişdirlər. Ancaq qüvvələr həddən artıq qeyri-bərabər idi. Həmdulla Əfəndinin könüllülər dəstəsindən savayı, kiminsə köməyə yetişəcəyinə ümid yox idi. Döyüşdən öncə Xəlil paşa əsgərlərə xəbər göndərir ki, “Cümhuriyyət əsgərlərinin seçimi var. Silahları yerə qoymaq və təslim olmaq. Rus ordusunun hədəfi Azərbaycan deyil, onlar Türkiyəyə köməyə gedirlər.” O gün nə ordunun sayı, nə texnika, nə də başqa hərbi təchizat baxımından saylar bərabər deyil. Amma Cümhuriyyət əsgərləri geri çəkilmir, sonuncu dəfə Cümhuriyyət şərəfi uğrunda döyüşə girirlər.Cümhuriyyət əsgərlər döyüşdə şəhid olmaqla 2 saatlıq da olsa Cümhuriyyətin ömrünü uzadırlar. Rus desantı da döyüşdə ciddi itki verir. Məsələn, XI Qırmızı Ordunun məşhur komandirlərindən biri, 28-ci diviziyanın veteranı Nemıkin də bu döyüşdə ölür.
Jurnalist Arif Əliyev yazır ki, onu Bakıya gətirib dəfn edirlər, meyidləri döyüş meydanında qalan Cümhuriyyət əsgərlərini isə quyu qazıb basdırılar, Yalama ərazisində 60-cı illərə qədər bu məzarlar qalır, hətta o dövrü görən şahidlər deyirdilər ki, xırda xırda 350-dən çox təpəcik olub ərazidə. Yerli əhali bu təpəciklər olan təxminən 1 hektara yaxın əraziyə hörmətlə yanaşırdılar. Heç kim burda nəinki əkin əkmək, heyvanları belə buraxmırmışlar. Lakin 1960-cı ildə Yalamada kolxoz sədri buranı traktorun ağzına verib şumladır və təpəciklərdən tapılan sümükləri heç kimin indiyə qədər bilmədiyi yerə aparır. Bəzilərinə görə sadəcə zibilliyə atılır, bəzilərinə görə isə bir quyu qazılır və hamısı ora tullanılır.
Lakin işğalçı ordu qarşıda yenə çətinliklə üzləşir, Yalama stansiyasında döyüş 2 saat çəkir, məğlub olan geri çəkilən dəstənin rəhbəri Qaçaq Mayıl ikinci döyüş üçün yer seçilir.Bu dəfə Dəvəçidə, Sarvan stansiyasında relslər sökülür. Silahlılar mövqe tutur. Günortaya yaxın qırmızı ordunu gətirən qatar nəhayət gəlir. Sökülmüş relslər, qurulmuş barrikadalar və silahlanmış sakinlər. Qatar dayanır və Qəzənfər Musabəyov ordan düşür və Qaçaq Mayıla yaxınlaşaraq deyir “Siz də bilirsiniz ki, qarşımızı kəsməyiniz Türkiyəyə ziyandır. Biz Anadoluya gedirik, yol verin.” Lakin yerli dəstə döyüşə başlayır və yenə məğlub olur, dəstəyə rəhbərlik edən Mayıl məğlub olduqlarını görərək sağ qalanlarla birlikdə Babadağa çəkilir. Ruslar Bakıya yaxınlaşırlar və buranın işğalı ilə Azərbaycan qırmızı terrorun əlinə keçir.
Belə bir söhbət edirlər ki, guya general Əliağa Şıxlinski düşmənin qarşısını kəsmək üçün dəmiryolu xəttini partlatmır. O vaxt Əks-Kəşfiyyat İdarəsinin rəisi olmuş Nağı bəy Şeyxzamanlı buna kitabında aydınlıq gətirib. O yazır ki, Xəlil paşa gəlib Şıxlinskiyə yalvardı ki, “paşam, dəmiryolunu sökdürməyin, bolşeviklərə qarşı vuruşmayın”. Guya bu ordu Bakıya girməyəcək, Xırdalan və Yanardağdan keçib Türkiyəyə köməyə gedəcəkmiş. Qaynaqlar yazır ki, Xəlil paşa əlini başına qoyub yalvarırdı ki, “siz nə edirsiniz, Qırmızı Ordu Anadoluya gedə bilməyəcək, nəticədə kömək gecikəcək, türklərə kömək lazımdır”
Daha bir yanlış informasiya yayılır ki, Qarabağdakı Xüsusi Dəstənin tərkibindəki 3 piyada, 2 atlı alayları və 3 topçu bölüyü bolşeviklərə qarşı dayanmaq üçün dərhal Dağıstan sərhədinə hərəkət etmək əmri almışdı. Onlar elə Yevlaxa çatmışdılar ki, general Şıxlinskinin imzaladığı ikinci əmr gəldi. Lakin sonradan məlum olur ki, genralın belə əmri olmayıb, bunu ordunun içərisinə sızmış ruslara xidmət edən bolşeviklər saxtalaşdırıblar. Bu da başqa mövzudur, yazacam.
Buna görə də tələb edirəm, tariximizin yaşaması, şəhid əsgərlərin unudulmaması, Rusiyaya dərs vermək üçün Samur təpəsində üzü Rusiyaya tərəf Cümhuriyyəti qoruyan Azərbaycan əsgərləri üçün Abidə ucadılsın
Zaur Aliyev dosent

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki