image-31backend

Samuxda ferma sahibini öldürməkdə təqsirləndirilən çobana hökm oxunub

image-reklam_sirab_01

Samuxda qətl törətməkdə təqsirləndirilən Samir Quliyevə hökm oxunub, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Vətəninfo.az-ın xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, 2021-ci il iyulun 29-da Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib, o, aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Samux Rayon Prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, S.Quliyev həmin gün saat 23 radələrində kənd ərazisində yerləşən və çalışdığı fermada Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla ona çoxsaylı xəsarətlər yetirib.

Xatırladaq ki, qətlə yetirilən A.Abdullayev ferma sahibi olub. Hadisəni törədən S.Quliyev orada çoban işləyirmiş.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki