image-1backend

Seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək – SPİKER

image-reklam_sirab_01

Ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

O qeyd edib ki, 2020-ci ilin payızında və bu ilin sentyabrda Azərbaycanın qələbəsi ölkəmizdə və regionda yeni reallıqlar yaradıb:

“Növbədənkənar seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçiriləcək. Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Bu gün Azərbaycanın üç rəngli bayrağı Xankəndidə, Şuşada, Cəbrayılda və digər ərqazilərdə dalğalanır. Növbədən kənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş formal qaydadır. Gələn ilin fevralında keçiriləcək prezident seçkiləri əminliklə qeyd edilə bilər ki, tam şəffaf qaydada keçiriləcək.

Azərbaycanın Seçki Məcəlləsi növbədənkənar seçki ilə növbəti prezident seçkilərinin keçirilməsi üçün hər hansı prosedura ehtiyac yoxdur. Əminəm ki, xalqımız bu dəfə də Prezidentimizin yanında olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image