image-300587137_589400595992906_1852258424843052118_nbackend

Şəkili tələbələr deputatla görüşdülər

image-reklam_sirab_01

Şəkili tələbələr deputatla görüşdülər

“Gənc” sözü ərəb mənşəli olub “xəzinə” mənasını ifadə edir. Doğrudan da, gənclik bir xəzinədir. Arzuların bol, imkanların isə bəzən məhdud olduğu gənclik təhsil almaq, sevdiyi peşəyə yiyələnmək və nəhayət seçdiyi ixtisas üzrə çalışmaq istəyir. Lakin ödənişli şərtlərlə ali məktəblərə qəbul olunan gənclərin bir qismi ailələrinin maddi vəziyyəti imkan vermədiyindən təklif olunan yerlərdən imtina etmək məcburiyyətində qalırlar.

Cavanşir müəllim hələ deputat olmamışdan əvvəl müəllim-alim və xeyriyyəçi bir iş adamı kimi həmişə gənclərimizin ali təhsil almasında maraqlı olduğunu nümayiş etdirib. Ziyalı ailəsində doğulub boya-başa çatmış deputat bu maraqla da artıq 20 ildən çoxdur ki, ali məktəblərə ödənişli şərtlərlə qəbul olunmuş tələbələrə dəstəyini davam etdirir.

Deputatın bu layihəsi əvvəllər yalnız ata-ana qayğısından məhrum olan tələbələrə aid olsa da, sonralar daha da genişlənib, şəhid ailələrinin, qazilərin, aztəminatlı və imkansız ailələrin övladlarını da əhatə edib. Bu müddət ərzində yüzlərlə şəkili gənc deputat Cavanşir Feyziyevin qayğısı ilə həm ölkəmizin ali məktəblərində, həm də xaricdə təhsil alıblar. Odur ki, uzun illər ərzində onunla himayə etdiyi gənclər arasında könül körpüsü yaranıb və deputatın gənclərlə görüşləri ənənə halını alıb.

Bu günlərdə deputatın Şəki şəhərindəki ofisində keçirilən növbəti görüşdə həmin tələbələrin bir qismi iştirak edib. Deputatla gənclər arasında maraqlı söhbətlər və geniş fikir mübadiləsi olub. Deputat gənclərə ictimai şüurun və mədəni inkişafın yüksəlməsində gəncliyin rolundan danışıb, ölkədə gənclərin inkişafı üçün yaradılan əlverişli şərait və imkanlar barəsində ətraflı məlumat verib, onları Vətənimizin hərtərəfli inkişafında fəal rol oynamağa çağırıb. Millət vəkili gənclərə tələbəlik həyatını səmərəli və maraqlı yaşamaq, ölkənin və Şəkinin ictimai həyatında fəal iştirak etmək, təhsil aldıqları ixtisaslar üzrə mümkün olan bütün bilik və bacarıqlara dərindən yiyələnmək zərurəti haqqında öz tövsiyələrini verib və gələcəkdə gənclərə öz vətəninə layiqli xidmət göstərməyi arzulayıb.

Tədbirdə iştirak edən tələbə gənclər – Paşayeva Turanə Ağalar qızı, Həsrətova Nailə Bahadur qızı, Bəkirzadə Nübar Xanlar qızı, Adışirinova Bahar Asim qızı, İsmayılov Fəhmin Sahib oğlu, Qaffarova Səma Əhməd qızı, Qəhrəmanzadə Nərmin Fuad qızı, Kərimova Aysu Laşa qızı, Qaraçayeva Sevinc Rəşad qızı, Mürsəlova Arzu Səlim qızı, şair-tələbə Elvin Nuri və başqaları təhsil aldıqları ali məktəb, seçdikləri ixtisaslar və gələcək arzuları ilə bağlı fikirlərini bölüşüblər. Görüşdən məmnun qalan tələbələr öz çıxışlarında gələcəkdə yaxşı bir mütəxəssis kimi Vətənə və xalqa ləyaqətlə xidmət edəcəklərini bildiriblər.

Tədbirə dəvət olunmuş qonaqlar- Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, tarixçi – alim Zərinə Cavadova, Şəki – Zaqatala Regional Təhsil İdarəsinin rəisi Bəhruz Mustafayev, “Şəki” qəzetinin redaktoru, Əməkdar jurnalist Akif Salam Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan və bu sahədə özünü göstərən yeni inkişaf meyllərindən danışıb, tələbələrə öz tövsiyələrini verərək onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

image-301212634_589400515992914_3865610548958313361_n image-300863566_589400529326246_6183010904332400531_n image-300963777_589400565992909_1035812484788667421_n image-300587137_589400595992906_1852258424843052118_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki