image-62591cc57f69462591cc57f6951650007237d908d408c06b8d77d00204b641eb4e2abackend

Siyavuş Novruzov: “Ən böyük polis zorakılığı ABŞ-ın özündədir”

image-reklam_sirab_01

“Dövlət Departamentinin hesabatında Azərbaycanda internet azadlığını olmamasını qeyd edirlər. Amma ABŞ-da seçki dövründə Trampın sosial şəbəkə hesablarını bağladılar”.

Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, D. Trampın fikirlərini çatdırmasının qarşısını almaq üçün bunu etdilər: “Azərbaycanda sərbəst toplaşma azadlığına irad bildirirlər. Özlərində hansı toplantıya icazə verilib? Seçki dövründə Trampın tərəfdarları bu azadlıq hüququndan istifadə edib toplaşmırdı?! Polis zorakılığından danışırlar. Ən böyük polis zorakılığı ABŞ-ın özündədir. Qara dərililərə qarşı hansı zorakılıqlar edilir, görülür. Türmələrdə vəziyyətə irad bildirirlər. Quatanaimo həbsxanasında olan işgəncələr heç keçmiş Monqolustanda edilməyib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image