image-file8214backend

SON DƏQİQƏ: Pandemiya dövründə yazılan cərimələr silinir?

image-reklam_sirab_01

Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.

Veteninfo.az-ın xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.

Deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki