image-downloadbackend

Şuşa Azərbaycanın tarixi abidəsi,eyni zamanda- əgər bunu şeir dili ilə desək, incisidir

image-reklam_sirab_01

“ Şuşa Azərbaycanın demək olar ki, böyük bir tarixi abidəsi, eyni zamanda- əgər bunu şeir dili ilə desək, incisidir”.

Ümummilli lider Heydər Əliyev        

Hər bir xalqın sahib olduğu dəyərlər vardır. Həmin dəyərlər birdə şərt olduqda və bir neçə xalqı birləşdirdikdə bizim həyat tərzimizə çevrilir. İslamın 5 şərtindən biri olan namaz harda qılınmasından asılı olmayaraq xalqımızın dəyərli bir xalq olduğunun sübutudur. Ancaq dünyada hər şeydən dəyərli olan şəhidlik zirvəsidir. O məqam hər kəsə qismət olmaz. Bütün xalqları birləşdirən bir amil varsa, oda vətən sevgisidir. Torpaq bir xalqı xalq kimi qoruyan dil qədər mənalı bir amildir. Belə bir deyim var: “ Bir  xalqı məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini əlindən al”. Torpaq yoxdursa azadlıq yoxdur. Azad olmayan xalqın isə tarixdə öz sözünü deməyə yeri yoxdur. Ona görə də torpaq, vətən tam olmalıdır. Azərbaycan əsgəri bu yolda qorxmazcasına sonuna qədər getdi və xalqının qan yaddaşı olan Qarabağımızın xeyli hissəsini Azərbaycana birləşdirdi. Neçə illərlə kafirin tapdağı altında, məscidlərində namaza, azana həsrət qalan Şuşamız azadlığın mübarək olsun. Azanın səsi bütün dağa-daşa səda versin.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 7 noyabrda şəhərin qayalıqlarını dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olmuşdur. Onlar tezliklə erməni qoşunlarını şəhərdən qovmuş və 8 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Şuşanı işğaldan azad etdiyini bəyan etmişdir, lakin Ermənistan rəhbərliyi bunu təkzib etmişdir. Buna baxmayaraq, ertəsi gün Azərbaycan Müdafiə Nazirliyi şəhərdən video yayımlamış və Şuşanın tamamilə Azərbaycanın nəzarətində olduğunu təsdiqləmişdir. Elə həmin gün Qondarma Dağlıq Qarabağ Respublikasının Prezident Aparatı separatçı qüvvələrin Şuşanın nəzarətini itirdirdiklərini təsdiqləmiş, fəqət sonradan Ermənistan Baş naziri Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyi buna zidd olan bəyanatlar yaymışdır. Şuşa və ətrafındakı dağlıq ərazi Dağlıq Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir, ümumiyyətlə bölgənin “ Döyünən ürəyi” adlandırılar. Ermənilər Şuşanı işğal etmələrini “Dağlarda toy əməliyyatı” adlandırdığından Azərbaycanda bəzi siyasi xadimlər buna istinadən Şuşanın işğaldan azad edilməsini “ Dağlarda boşanma ” deyə qələmə vermişdi.

Bu gün işğaldan azad edilən bütün torpaqlarda həyat yenidən bərpa edilir. Şuşa azad edildikdən sonra bu ərazidə bir sıra layihələr həyata keçirilir.Bu layihələrdən biri də, turistlərin yenidən cəlb olunmasına və Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasına xidmət edən “Xarıbülbül” beynəlxalq musiqi festivalıdır.

“Şuşada“Xarıbülbül”  festivalı və Vaqif poeziya günləri Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək”.

Rasim Balayev

. 2021-ci il mayın 12-i və 13-də Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilmişdir. Festival Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinin Cıdır düzündə 2 gün boyunca davam edən “Xarıbülbül” beynəlxalq musiqi festivalının ilk günündə Azərbaycan dünyaya multikultral və tolerant ölkə olduğunu bir daha sübut etdi. Beləki, ölkəmizdə yaşayan azsaylı xalqlar festival vasitəsilə həm Azərbaycan xalqına, həm də bütün dünyada yaşayan insanlara öz mədəniyyətlərini nümayiş etdirmək şansı əldə etdilər. Bu xalqlara aiddir: Ukraynalılar, Yəhudilər, Avarlar, Ləzgilər, Talışlar, Malakanlar, Ruslar, Gürcülər,  Albanlar və bir sıra etnik qrupların adlarını çəkə bilərik. Festivalın ikinci günündə xalqımız müsəlmanların müqəddəs bayramı olan Ramazan bayramını qeyd etdi. Prezident və xanımı əvvəlcə Şuşadakı Yuxarı Gövhərağa məscidinin bərpasından sonra, açılışında iştirak etdilər. Bayram günü din xadimlərimiz məsciddə bayram namazı qıldılar. Bütün dünyada olduğu kimi ölkəmizdə də, pandemiya təhlükəsi olduğu üçün bayram namazında sadəcə din xadimlərimiz iştirak etdi.

“ Sabah bütün müsəlman aləmi müqəddəs Ramazan bayramını qeyd edəcək. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını bu mübarək Ramazan bayramı münasibəti ilə təbrik etmək istəyirəm. Məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsi böyük tarixi və rəmzi xarakter daşıyır. Bundan sonra artıq memarlar məscidin bütün layihəsi ilə ciddi məşğul olacaqlar və inşaat işləri başlanacaq”.

İlham Əliyev

Dövlət başçısı bildirib ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir: “ Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günündür. Məscidin 2 minarəsi 11 rəqəmini əks etdirməlidir. 11-ci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər  əsasında memarlar işləməyə başlamışlar”. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki: “ Şuşa şəhərinə hakim olan bina məscid binası olmalıdır və bu bina şəhərin yuxarı hissəsində yerləşməlidir”.

Fatimə Hacıyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki