image-62591e6acf22d62591e6acf22e165000765862591e6acf22962591e6acf22bbackend

Tural Gəncəliyev: “Qarabağdakı kütləvi məzarlıqları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq”

image-reklam_sirab_01

“Son zamanlar azad olunmuş ərazilərdə tapılmış kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsində törədilən cinayətləri üzə çıxarır”.

Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qarabağa dönüş” İctimai Birliyinin sədri, Xankəndidən olan deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, bu kütləvi məzarlıqların gələcəkdə də aşkarlanması faktları olacaq: “Biz bunların əlavə gücləndirici faktlar və dəlillər kimi beynəlxalq məhkəmələrdə istifadəsini nəzərdən keçirməliyik. Çünki burada mülki insanlara qarşı törədilmiş cinayətlərdən söhbət gedir, planlaşdırılmış cinayətlər olub. Xüsusilə bu gün biz Ukraynada mülki insanlara qarşı belə cinayətlərin törədildiyinin şahidiyik və dünya ictimaiyyəti tərəfindən buna olan reaksiyaları görürük. Buna görə biz də Azərbaycan mülki əhalisinə qarşı törədilmiş cinayətləri yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu minvalla əlləri azərbaycanlıların qanına batmış Sarkisyan, Köçəryan, Balayan kimi şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi olduqca vacibdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image