image-9backend

Türkiyədə yanğın zamanı bir neçə nəfər xəsarət alıb

image-reklam_sirab_01

Türkiyənin Artvin şəhərində yerləşən kafelərdən birində yanğın baş verib.

Vətəninfo.az-ın xəbərinə görə, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 21:30-da baş verib. Alov qısa müddətdə kafeni bürüyüb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

Əraziyə çoxlu sayda yanğınsöndürən, polis və təcili yardım əməkdaşları cəlb olunub. Hadisə zamanı kafedə olan müştərilər yanğınsöndürənlər tərəfindən ictimai iaşə müəssisəsindən çıxarılıb.

Yaralılar təcili yardım maşını ilə Artvin Dövlət Xəstəxanasına çatdırılıb, onların vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki