image-img-20240131-wa0156backend

Vitse-spiker Adil Əliyev növbəti dəfə vətəndaş qəbulu keçirib

image-reklam_sirab_01

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev yanvarın 31-də qabaqcadan müəyyən edilmiş qəbul qrafikinə uyğun olaraq Milli Məclisdə şəhid ailələrinin, qazilərin və müxtəlif məsələlərlə əlaqədar müraciət etmiş vətəndaşların növbəti qəbulunu keçirib.

Qəbul zamanı vitse-spiker Adil Əliyev vətəndaşları dinləyərək, onlar tərəfindən qaldırılmış müxtəlif sosial, humanitar, təhsil və digər məsələlərin bir qismini yerindəcə həll edib. Vətəndaşların digər müraciətləri isə icraata alınıb.
Vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması ilə bağlı dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, Milli Məclisin sədr müavinin ünvanına daxil olmuş müraciətlərin hər biri geniş şəkildə təhlil edilir və həlli məqsədilə qanunvericilik çərçivəsində bütün mümkün addımlar atılır.

image-img-20240131-wa0159 image-img-20240131-wa0160 image-img-20240131-wa0157 image-img-20240131-wa0158 image-img-20240131-wa0156


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image