image-6backend

Xaçmazda 15 yaşlı qız geyim əşyalarına görə intihara cəhd edib

image-reklam_sirab_01

Xaçmaz rayonunda intihara cəhd baş verib.

Vətəninfo.az-ın məlumatına görə, hadisə Xanoba kəndində qeydə alınıb.

Kənd sakini, 2006-cı il təvəllüdlü T.Əliyeva gecə saatlarında özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

Lakin o, anası tərəfindən xilas edilib. T.Əliyeva Təcilli Tibbi Yardımla Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaxınlarının sözlərinə görə, 15 yaşlı qızın özünə qəsd etməsinin səbəbi onun istədiyi geyim əşyalarının alınmamasıdır.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki