image-1backend

Xankəndidəki tədbirlər Böyük Qayıdışın reallaşdığını bir daha təsdiqlədi – Spiker

image-reklam_sirab_01

Son 30 ildə ölkəmizin suverenliyi və ərazi bütövlüyü üçün ən böyük maneə olan münaqişə artıq aradan qaldırılıb. Azərbaycan uğurlar qazanmaqda davam edir. Bütün bu uğurların təməlində Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 22-də keçirilən iclasında səsləndirib.

Dövlətimizin başçısının Vətən naminə gördüyü misilsiz işlərlə, xidmətləri ilə xalqın sevgisini qazandığını diqqətə çatdıran Sahibə Qafarova deyib: “Keçmiş məcburi köçkünlərimiz indi öz yurdlarına qayıdırlar. Dekabrın 21-də Xankəndidə keçirilən tədbirlər Böyük Qayıdışın reallaşdığını bir daha təsdiqlədi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image