image-turk-ermbackend

Xüsusi nümayəndələrin Moskva görüşü nə vəd edir?

image-reklam_sirab_01

Qardaş Türkiyə Azərbaycanın 44 günlük ikici Qarabağ müharibəsindəki zəfəri,əldə olunan qələbədən sonra,işğalçı ermənistanın kaputuliyasiya aktını qəbul Ermənistanin ardından,bölgədə sülhün və sabitliyin bərpa edilməsi,eyni zamanda 30 ildən bəri fəaliyyətsiz vəziyyətə salınan komunikasiya xətlərinin açılması istiqamətində yeni bir addım atdı.
Bu addım Azərbaycanla kordinə edilməklə Ermənistanla münasibətlərin bərpası ilə bağlı idi. 3+3 formatı çərçivəsində Moskva görüşündən sonra Türkiyə və Ermənistan iki ölkə arasında danışıqların aparılması, məsələlərin həlli istiqamətində nümayəndə təyin etməklə bu işə start vermis oldular.
Artıq təyin edilən nümayəndələr bu gün Moskavada biraraya gələrək ilk görüşün keçirəcək.
Maraqlısı budur ki, həm Türkiyə,eyni zamanda da Ermənistan əvvəllər də diplomatic münasibətlərin yaxşılaşdırılması istiqamətində bir neçə dəfə addım atmışlardı.Amma o zaman Ermənistanın hər zaman olduğu kimi oyunpozanlıqları bu münasibətlərin davam etməsinə maniələr yaratmışdır.

Vətəninfo.az olaraq Türkiyə-Ermənistan arasında münasibətləri araşdıraraq oxucularımıza təqdim etmək istədik.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün edilən dördüncü cəhddir.

Türkiyə 24 dekabr 1991-ci ildə yeni müstəqillik əldə edən Ermənistan Respublikasını rəsmən tanıyan ilk ölkələrdən biri olub. Lakin Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarını işğala məruz qoyması rəsmi Ankaranı diplomatik əlaqələr qurmaqdan imtina etməsinə səbəb oldu.
Türkiyə Ermənistanın davamlı olaraq irəli sürdüyü qondarma soyqırım iddiaları və Türkiyənin ərazi bütövlüyünə qarşı işlətmiş olduğu fikirlər,rəsmi Ankaranı 1993-cü ildə birtərəfli qaydada Ermənistana hava-quru sərhədini bağlamağa vadar etdi. Ancaq 1995-ci ildə ABŞ-nın və Avropa İgtifaqının müxtəlif çağrışlarından sonar, Türkiyə hava sərhədələrini jest edərək Ermənistanın üzünə açmış oldu.
Yuxarıda qeyd etdiyimiz kimi Türkiyə 1991-ci ildən Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün bir neçə ilkin şərt irəli sürüb. Bu şərtlərdən biri rəsmi Ankaranın Ermənistandan 1921-ci ilə sadiqliyini bir daha təsdiqləməsini tələb edir. Qars müqaviləsində Türkiyə və Ermənistanın hazırkı sərhədləri tanınsın, erməni soyqırımının beynəlxalq səviyyədə tanınması siyasətindən imtina edilsin, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınsın.

O dövürdə Robert Koçaryan Rusiyaya və Fransaya arxalanaraq Türkiyənin irəli sürdüyü şərtləri qəbul etmədiyini bəyan edib,dialoq prosesin dahyandırmış oldu.
Qeyd edək ki,bu haqda Ermənistanın XİN-nin saytında da ətraflı məlumatlar mövcuddur.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin başlanılması üçün ikinci cəhd isə 1999-2000-ci illərə təsadüf edir. Bu, ABŞ-ın vasitəçiliyi ilə erməni “türk cəmiyyətləri”nin nümayəndələri ilə qeyri-hökumət təşkilatları arasında aparılan danışıqlar prosesi idi. “Türkiyə-Ermənistan Barışıq Komissiyası” yaradıldı və o zaman prosesə “TARC” adı verildi. O zaman “ikinci yol diplomatiyası” adlanan üsuldan istifadə olunsa da, o da nəticə vermədi.

2008-2010-cu illərdə ABŞ-ın vasitəçiliyi ilə indiyə qədər Ermənistan-Türkiyə münasibətlərini normallaşdırmaq üçün ən ciddi üçüncü cəhd edildi.Bu, məşhur “Futbol diplomatiyası” prosesidir. Bundan sonar edilən cəhd isə 2009 2010-cu il oktyabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri Sürixdə iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmamış və hüquqi qüvvəyə minməmiş diplomatik münasibətlərin qurulması və ikitərəfli münasibətlərin inkişafı haqqında Protokolları imzalanması idi.
Bilindiyi kimi həm “futbol diplomatiyası”,eyni zamanda “Davudov iqtidarının rəzaləti” Surix protokolları Azərbaycanın sərt mövqeindən və bu gün Türkiyənin prezidenti olan Rəcab Tayyib Ərdoğanın sərt mövqei ilə rəfə qaldırılmış oldu
Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş yeni proses 2021-ci ildən tədricən intensivləşməyə başlayıb.
Qeyd edək ki, 2021 Avqustun ortalarından etibarən İrəvanla Ankara arasında qarşılıqlı “müsbət siqnallar” mübadiləsi intensivləşib. Avqustun 18-də Ermənistan Respublikası hökumətinin beşillik proqramı dərc edilib, onun “Xarici siyasət” bölməsində (1.1) Ermənistan-Türkiyə diplomatik münasibətlərinin normallaşdırılması məsələsinə dair ayrıca yarımbənd yer alıb. .
Avqustun 26-da Türkiyə prezidenti Qarabağda son müharibədən sonra regionda sülh və sabitliyin bərqərar olması istiqamətində irəliləyiş üçün yeni imkanların yarandığını və “Ermənistan həmin imkanlara müsbət cavab verərsə” Türkiyənin lazımi addımları atacağını bəyan etdi. . Ertəsi gün Ermənistanın baş naziri hökumətin iclasında Türkiyədən regional sülh baxımından bəzi müsbət ictimai siqnalların olduğunu bəyan etdi. Sonrakı aylarda hadisələr eyni ruhda cərəyan etdi.

Dekabrın 14-də isə Ermənistanın Xarici İşlər nazirliyinin sözçüsü Vahan Hunanyan bildirdi ki, Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin edəcəklər. Dekabrın 15-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıcı Ermənistanla dialoq üzrə xüsusi elçi təyin etdiyini açıqladı. Dekabrın 18-də isə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirdi ki, Ermənistan-Türkiyə dialoqu prosesində Ermənistanın xüsusi nümayəndəsi Erməniastan parlamentinin sədr müavini Ruben Rubinyan olacaq. Və artıq Yeni ildən sonra, yanvarın 5-də Vahan Hunanyan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin ilk görüşünün yanvarın 14-də Moskvada keçiriləcəyini bəyan etdi.
Bu gün artıq bu görüş baş tutur. Qeyd edək ki, Rusiya da iki ölkə arasında birbaşa dialoqa dəstək verdiyini Lavrovun dili ilə bəyan edib.
İndi qalır keçirilən görüş vəGörüşdən sonar Ankara və İrəvan arasında başlanacaq gələcək görüşlərlə bağlı açıqlamaları dinləmək.

Vətəninfo.az Analtik şöbə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki