image-fb_img_1686132184833backend

Zəngəzurda ermənilərin məhv etdiyi qədim Karvansaray

image-reklam_sirab_01

Zənzəgur məsələsi gündəmə gələn andan ermənilər bu ərazilərin onlara məxsus olmasını “sübut”edən dəlillər gətirməyə başlayıblar. Lakin ortaya qoyduğu saxta sənədlərdən daha çox əlimizdə qədim torpaqlarımızda yerləşən qədim abidələrimiz əlimizdə tarixi sənədlərdir. İki əsrdən çoxdur ki, ermənilər bizim torpaqlara sahiblənməklə qalmayıb tarixi-mədəni abidələrimizi özünüküləşdirməyə cəhd edirlər. Lakin əllərindən bir iş gəlmir. Çünki abidələrin ornamenti, yazıları, memarlıq üslübu, günəş çıxan, ay çıxan tərəfə pəncərə və qapılarının qurulmasını silə bilməyən ermənilər ya oranı məhv edirlər, ya da nəzarətsiz qoyub dağılmağa şərait yaradırlar. Qərbi Azərbaycan ərazisinin tarixi, mədəni, dini, memarlıq abidələri ilə zəngin bir bölgənin – Zəngəzur mahalının Qarakilsə rayonu ərazisindəki eramızdan əvvəl II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Zəngəzurun Səlim keçidi adlanan yerdə tikilmiş karvansarayı, Qaraqoyunlu dövlətində Çuxur-Səəd əmirlərinə aid Cəfərabad türbəsini, 8-ci İmam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərələri də tamamilə erməniləşdirilib

Qərbi Azərbaycan torpaqlarında yüzlərlə abidələrimizi məhv etsələr də, elə abidələr var ki, onu dağıda bilməyiblər. Çünki oranın coğrafi yeri onlara mane olub. Bu günün hətta erməni rəsmi sənədlərində Səlim Karvansarayı deyilən bir tarixi abidə durur və ermənilər onu məhv edə bilməyiblər deyə, diqqətsiz qoyublar ki, ora öz özünə dağılıb yox olsun.
Dərələyəz mahalının Keşişkənd (1975-ci ildən Yeğeqnadzor) rayonu ərazisində Ələyəz dağının Səlim aşırımında, Ağkənd (1967-ci ildən Ağcanadzor) kəndinin yuxarısında XIV əsrə aid tarixi karvansara olan bu tarixi abidənin qapısı üzərində yazılıb:
“Əbu Səid xan Bahadur — dünyanın sultanı, insanların padşahı, ərəblərin və ərəb olmayanların hökmdarı, bütün xalqların çarı — Allah onun hökmranlığını və sultanlığını əbədi etsin — vaxtında bina olundu. Xeyrat sahibi Çuşkyab ibn (oğlu) Ləvənd ibn …şah Nur ibn … 729-cu il tarixdə” h.729–1328”
Bu, yeddi cüt orta (5,3 m) və yan (3,05 m, 3,02 m) hissəyə bölünmüş, ölçüsü 13×26 m olan düzbucaqlı otaqdır. Zal üç səma pəncərəsi ilə işıqlandırılır. Uzunluğu 35.5 m, sahəsi 298 kv.m. 7 cüt hasarlı, orta və yan hissələrə bölünmüş üç nefli zalı, bir daş hovuzu var. Axur dirəklər arasında 64 at üçün tikilib. Sonda 2 kiçik qonaq otağı var idi. Zalın girişi zəngin şəkildə bəzədilib. Girişin hər iki tərəfində heyvanların, şərq hissəsində – öküzün, qərb hissəsində – ilan hücumuna məruz qalan insan sifətli və başında tac olan şir təsvirləri var. Bütün bu ornamentlər də türk-islam memarlığına məxsusdur.. Qeyd edim ki, təkcə Öküzə sitayiş bərəkət ideyası ilə də bağlı idi. Qobustanda, Abşeronun Düvəndi kahasında, Kəlbəcər dağlarının bazalt qayalarında və Naxçıvanda – Gəmiqayada öküz obrazlarının xüsusi yeri vardır. Bu heyvan təsvirlərinin yanında insan fiqurları həkk olunmuşdur. Kəlbəcər, Gəmiqaya və Abşeron və bütün ərazilərimizdə öküz ornamentləri təsvir edilir və dünya da qəbul edir ki, bu türklərə məxsdurur. Erməni memarlığında belə ornamentə rast gəlinməyib bu günə qədər
Karvansaray 1956-1959-cu illərdə ermənilər buranı özününkülşədirmək üçün təmir edirlər. Kafelli dam örtüyü cənub divarı, uçmuş divarlar və tağlar dağıldımış, memarlığa uyğun olmayan əlavələr edilmişdir. Abidənin içərisinə erməni dilində bir yazı qoyulmuşdur.
Lakin yazıdakı mətnlə qapının üzərinə hörülmüş yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetinin müəllimi Xr.İv.Kuçuk-İoannasov iddia edir ki “tatarlar” (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı vermiş və ərəbcə yazını qapının üzərinə qoymuşlar.
Karvansaranın özəlləşdirilməsini V.M.Arutyuryanın 1984-cü ildə Ermənistanda nəşr etdirdiyi “Səlim” bukletində görürük. Arutyuryan iftixar hissi ilə yazır ki, karvansara orta əsr milli erməni memarlığının görkəmli abidəsidir. Onun fikrincə, ərəb dilli kitabə ilə erməni kitabəsinin mətni eynidir. Əvvəla, kitabə ərəbcə deyil, ərəb qrafikası ilə fars dilində yazılmışdır və karvansara binası tikilən zaman yazı qapının üzərinə hörülmüşdür.
Karvansaranın yerləşdiyi ərazidəki Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamış və kənddə ilk ermənilər (rəsmi statistikaya görə 172 nəfər) 1923-1925-ci illərdə köçürülüb məskunlaşmışlar, onda abidənin azərbaycanlılara məxsus olduğu həqiqətini inkar etmək mümkün deyildir. Lakin təəssüflər olsun ki, ermənilər bu tarixi həqiqəti inkar edirlər. Həmin ərazilərdə yaşayan azərbaycanlılar 1988-ci ildə zorla qovulduqdan sonra Ermənistan hökuməti Səlim karvansarası ilə bağlı faktları tamamilə saxtalaşdıraraq, onu dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edir.
Ancaq abidəni gizlətməyə, silməyə, özünüküləşdirməyə nə qədər cəhd edilsə də bizim əlimizdə ornamentlər, fotolar və yazıların surəti var. Buranın bizim olmasını sübut etmək isə bir vur birdir.

Zaur Əliyev, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki