image-zerife-1backend

Zərifə Əlizadə uzun sürən xəstəlikdən sonra vəfat edib

image-reklam_sirab_01

Serbiyanın paytaxtı Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Şərqi Avropa Azərbaycanlılarının Koordinasya Şurasının Serbiya üzrə əlaqələndiricisi Zərifə xanım Əlizadə uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev şəxsi feysbuk hesabından başsağlığı mesajı yayımlayıb.

Zərifə xanım Azərbaycan Mədəniyyət Mərkəzinin sədri kimi ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, incəsənətini, doğma dilimizi və adət-ənənələrimizi Serbiyada fəal şəkildə təbliğ edir, bu ölkənin mediası vasitəsilə Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılmasına çalışırdı.

Zərifə xanım Əlizadə ilə Belqrad şəhərində görüşümüzü və elektron poçt vasitəsilə sonrakı ünsiyyətimizi minnətdarlıq hissi ilə xatırlayır və Vətənini sonsuz sevən belə dir dəyərli insanın vəfatından çox təəssüflənirəm. Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və onların kədərinə şərik olduğumu bildirirəm.

Allah rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki