image-1backend

Gürcüstan Gəncəyə yeni baş konsul təyin edib

image-reklam_sirab_01

Gürcüstanın Gəncə şəhərinə yeni baş konsulu təyin olunub.

Vətəninfo.az-ın məlumatına görə, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncəyə yeni təyin olunmuş baş konsulu Kaxaber Abdaladze ilə nəzakət görüşü keçirib.

Görüşdən əvvəl onlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

N.Bayramov konsulu təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. Şəhər rəhbəri konsulla söhbətində qədim Gəncənin tarixindən söz açıb, sənaye və iqtisadi potensialından danışıb. Bildirib ki, hazırda şəhərdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “AzərAlüminium” ASC, “Gəncə Şərab – 2” və digər iri sənaye müəssisələri fəaliyyət göstərir.

Eyni zamanda, ötən gündən etibarən, “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodunun da tam rejimdə işə başladığı vurğulanıb.

İcra başçısı Azərbaycan və Gürcüstan arasında olan dostluq münasibətlərindən də bəhs edib. O bildirib ki, ötən il görkəmli gürcü yazıçısı Nikolos Barataşvilinin vaxtilə onun çalışdığı Cavadxan dəftərxana muzeyinin binasının fasadına xatirə lövhəsi vurulub.

Kaxaber Abdaladze səmimi görüşə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür. Söhbət zamanı bu əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar müzakirə olunub.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki