Erməni ailəsi mənə hücum edərək məni döydülər. Daha sonra isə bıçaqladılar. Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan sərhədini keçən əsgərimiz Nəsimi Musayevin ifadəsində deyib.
Erməni ailəsi mənə hücum edib. Məni döydülər və bıçaqladılar
“Joxovurd” qəzeti Ermənistan dövlət sərhədini qanunsuz olaraq keçən, Azərbaycan hərbçisi Nəsimi Musayevin ifadəsindən eksklüziv məlumatlar əldə edib.
Qəzetin məlumatına görə, xüsusilə də Musayev hüquq-mühafizə orqanlarının əməkdaşlarına bildirib ki, erməni ailəsinin evinə girərkən heç kimə zərər vermək niyyətində olmayıb.
O, dəfələrlə “Məni buraxın” deyə Ani Avetisyana yalvardığını iddia edib, lakin evdəki qadın onun silahının ön hissəsini tutanda o, atəş açıb.
Bundan əlavə, Azərbaycan hərbçisi yazılı ifadəsində qadının və ailəsinin ona hücum etdiyini, bıçaqladığını və döydüyünü iddia edib.
Musayevin hekayəsindəki başqa bir epizod da diqqətəlayiqdir. Onun sözlərinə görə, artıq qanaxma içində olan o, evdən qaçmağı bacarıb və daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onu tarlada yaralı vəziyyətdə tapıblar.
Xatırladaq ki, əsgər Nəsimi Musayev Ermənistanda iki ay müddətinə həbs edilib və yaralandığına görə İrəvanın xəstəxanalarından birinə yerləşdirilib.


























