image-reklam-veteninfo
image-1backend

Tramp: Putin və Zelenski arasındakı düşmənçilik Ukrayna münaqişəsinin həllinə mane olur

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mövcud olan düşmənçiliyin münaqişənin nizamlanmasını çətinləşdirdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki, Tramp Ohayo ştatında keçirilən seçki kampaniyası mitinqində çıxışı zamanı iki lider arasında ciddi qarşıdurmanın olduğunu vurğulayıb.

“İki lider arasında güclü nifrət var”, – deyə ABŞ Prezidenti qeyd edib.

Tramp, həmçinin münaqişə tərəflərinin hərbi əməliyyatları dayandırmaq istədiklərini, lakin bunun hansı yolla həyata keçiriləcəyini hələ müəyyənləşdirə bilmədiklərini düşündüyünü bildirib.

ABŞ lideri Ukrayna münaqişəsinin həlli ilə bağlı nikbinliyini ifadə edərək, sonda razılığa gəlməyin mümkün olacağına ümid etdiyini vurğulayıb.

“Düşünürəm ki, sonda bir həll yolu tapacağıq”, – deyə Donald Tramp əlavə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki