İngiltərə Premyer Liqasında “Liverpul” və “Mançester Siti” komandaları arasında “Enfild” stadionunda keçirilən matç zamanı meydan sahiblərinin azarkeşləri rəqib kluba qarşı sərt məzmunlu pankartlar nümayiş etdiriblər.
Vətəninfo.az xəbər verir ki, pankartlar “Mançester Siti”nin maliyyə pozuntuları ilə bağlı ittihamlar və məhkəmə prosesi ətrafında yaranan mübahisələrə etiraz xarakteri daşıyıb.
Azarkeşlərin bu addımı klubun maliyyə fəaliyyəti ilə bağlı iddialara qarşı narazılığın ifadəsi kimi qiymətləndirilir.


























