Azərbaycan dövlətinə və milli maraqlarımıza qarşı yönəlmiş çirkin kampaniyalar davam edir. Beynəlxalq axtarışda olan cinayətkar, sabiq rektor Elşad Abdullayevin ermənipərəst dairələrlə və antimilli ünsürlərlə birgə Azərbaycana qarşı növbəti təxribata əl atması barədə məlumatlar yayılıb.
Əldə edilən məlumatlara görə, Elşad Abdullayevin Rusiyada yaşadan oğlu ermənipərəst və erməni yönümlü televiziya kanallarında Azərbaycanı açıq şəkildə hədəf alan, ölkəmizə qarşı təhqirlər yağdıran Türkiyə vətəndaşı Yunus Demirtaşa müntəzəm olaraq maliyyə vəsaiti ötürürmüş. Məlumata əsasən, Yunus Demirtaş məhz Elşad Abdullayevin verdiyi maliyyə dəstəyi və birbaşa tapşırıqları əsasında Azərbaycanı, xalqımızı və dövlətçiliyimizi hədəf alaraq qarayaxma kampaniyası aparır, efirlərdə təhqiramiz ifadələr səsləndirir.
Qeyd etmək lazımdır ki, bu cür xəyanətkar əməllər Elşad Abdullayev üçün ilk hal deyil. Cinayətkar ocağından qaçaraq xaricdə sığınacaq tapan sabiq rektor daha əvvəl də bənşər üsullardan istifadə edib.
Elşad Abdullayevin daha əvvəl Fransada yaşayan Mirzəli Məhəmmədə də pul müqabilində Azərbaycan məmurlarını və dövlət rəsmilərini söydürmək, ölkə əleyhinə təbliğat aparmaq təklif etməsi artıq ictimaiyyətə məlumdur.
Bu barədə əldə olunan video-faktlar və təkzibolunmaz dəlillər onun anti-Azərbaycan mərkəzləri ilə necə əməkdaşlıq etdiyini açıq şəkildə nümayiş etdirir.
Bütün bunlar bir daha sübut edir ki, Elşad Abdullayev və onun kimi marginal ünsürlər xarici havadarlarının və ermənipərəst qüvvələrin əlində alətə çevrilərək Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Lakin xalqımız və dövlətimiz bu cür sifarişli qarayaxma kampaniyalarını hər zaman qətiyyətlə pisləyir və ifşa edir.


























