image-reklam-veteninfo
image-1backend

ABŞ Rusiyanın dizel yanacağı ixracına icazə verən razılaşma ilə Moskvanı danışıqlara qaytarmağa çalışır

image-reklam-veteninfo

ABŞ və Rusiya arasında Rusiyadan dizel yanacağının ixracına icazə verən razılaşmanın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların bərpasına hesablandığı bildirilir.

Vətəninfo.az xəbər verir ki, Reuters agentliyinin görüşdən məlumatlı üç mənbəyə istinadən yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşner Mayamidə Ukrayna nümayəndə heyəti ilə görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin müharibəyə son qoymaq üçün danışıqlara hazır olmadığını bildiriblər.

Anonimlik şərti ilə danışan iki mənbənin sözlərinə görə, ABŞ rəsmiləri ötən həftə elan edilən dizel yanacağı ilə bağlı razılaşmanın üçtərəfli danışıqların yenidən başlamasına kömək edə biləcəyini qeyd ediblər.

Digər mənbə isə ABŞ nümayəndələrinin bu razılaşmanın Moskvanın mövqeyini yumşalda biləcəyini ukraynalılara izah etdiklərini bildirib. Bunun Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığa hazır olduğunu göstərmək baxımından əhəmiyyət daşıdığı vurğulanıb.

Görüş zamanı Cared Kuşner ABŞ prezidentinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını dayandırmasını istədiyini də bildirib. Mənbələrin məlumatına görə, o, administrasiyanın Kiyevdən bu istiqamətdə dəfələrlə addım atmağı tələb etdiyini xatırladıb. Tramp hesab edir ki, Ukraynanın bu hücumları qlobal neft qiymətlərinin artmasına səbəb olur.

Reuters-in məlumatına görə, görüşdə Uitkoff və Kuşner ABŞ-ın Ukraynaya göstərdiyi dəstəyi də gündəmə gətiriblər. Bununla belə, mənbələr amerikalı rəsmilərin Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağa razılaşmayacağı təqdirdə yardımı kəsməklə hədələmədiklərini bildiriblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki