image-reklam-veteninfo
image-1backend

Türkiyə İran qazının idxalını daha 5 il davam etdirə bilər

image-reklam-veteninfo

Türkiyə ilə İran arasında ildə təxminən 10 milyard kubmetr təbii qaz tədarükünü nəzərdə tutan 25 illik müqavilənin müddəti başa çatır. Tərəflər arasında müqavilənin daha 5 il uzadılması məsələsi gündəmdədir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin ANKA xəbər agentliyi sənaye mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyənin illik təbii qaz istehlakı təxminən 55-60 milyard kubmetr təşkil edir. Qaz əsasən sənaye müəssisələrində və şəhərlərin istilik təchizatında istifadə olunur. Türkiyənin İran qazını Doğubayazıt bölgəsindən keçən boru kəməri vasitəsilə idxal etməyə davam edəcəyi gözlənilir.

Mənbələrin bildirdiyinə görə, müqavilədə onun avtomatik uzadılmasını nəzərdə tutan müddəa yer alır. Əgər tərəflər müddətin başa çatmasına müəyyən vaxt qalmış müqaviləni uzatmaq istəmədiklərini bildirməsələr, sənəd avtomatik olaraq daha 5 il müddətinə qüvvədə qala bilər.

Mənbələr müqavilənin avtomatik uzadılması mexanizminin artıq işə düşmüş ola biləcəyini də istisna etməyiblər.

Bildirilib ki, İran qış aylarında bəzən qaz tədarükünü qısa müddətə dayandırsa da, qiymət üstünlükləri səbəbindən Türkiyə üçün mühüm təbii qaz təchizatçısı olaraq qalır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki