image-b0bd7e756eeb7b05a93f714cb620b59dbackend

ABŞ-ın döyüş generalı İrəvanda – “Amerika Ermənistana ordu qurur” iddiası

image-reklam_sirab_01

Ermənistan rəhbərliyi Qərb və Rusiya arasında girinc qalıb; ordu rəhbərliyi Brüsselə yollanan gün Rusiya səfiri KTMT mesajı verdi; hərbi ekspert: “ABŞ generalının bu dəfə sırf İrəvana getməsi təbii ki, bizim üçün narahatedici məsələdir”; politoloq: “Məqsəd Ermənistanla tet-a-tet danışıqlar aparmaqdan ibarətdir”

ABŞ Ordusunun Avropa Komandanlığının qərargah rəisinin müavini, briqada generalı Patrik Ellisin başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərdə deyilir ki, nümayəndə heyəti aprelin 5-dən 7-dək Ermənistanda səfərdə olub. Patrik Ellis Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə şəxsi heyətin hazırlanması, birgə təlimlərin keçirilməsi, təcrübə və bilik mübadiləsi imkanlarını müzakirə edib.

Xatırladaq ki, Ermənistan aprelin 22-də NATO-nun “Defender 23″ kod adlı təlimlərinə qatılacaq dövlətlər sırasında yer almışdı. Lakin az sonra kapitulyant ölkə siyahıdan çıxarıldı. Pentaqondan bildirdilər ki, yanlışlıq olub. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistanın “Defender 23″ təlimlərində iştirak edən ölkələr siyahısına daxil edilməsinin və bir müddət sonra bu siyahıdan çıxarılmasının səbəbini izah edib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Pentaqon bəyan edib ki, Ermənistanın “Müdafiəçi 23” təlimində iştirak edən ölkələr siyahısına salınması səhv idi. Müdafiə Nazirliyi “Amerikanın səsi”nin mövzu ilə bağlı sualını belə cavablandırıb. Bildirilib ki, Ermənistanın “Müdafiəçi 23” təlimində iştirak edən ölkələrin siyahısına daxil edilməsi, sadəcə olaraq, Pentaqonun daxili mətbuat komandasının səhvi olub. “Ermənistan tərəfi “Müdafiəçi 23″ təlimlərində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi”, – deyə Pentaqonun cavabında bildirilir. Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropanın on ölkəsində başlayacaq “Defender 23” hərbi təlimləri barədə məlumat yayıb. Ermənistan da təlimlərdə iştirak edən ölkələr siyahısına daxil edilib, lakin bir neçə saat sonra mesajın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb. Aprelin 8-də Armenpress-in sualına cavab olaraq Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, Müdafiə Nazirliyi bu il ABŞ Ordu Komandanlığının Avropada təşkil etdiyi 2 hərbi təlimdə iştirak etməyi planlaşdırır.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropada iki ay davam edəcək və 10 Avropa ölkəsinin ərazisini əhatə edəcək “Müdafiəçi 23” təlimlərində iştirak edəcək ölkələrin siyahısında Ermənistanın da yer alacağını açıqlamışdı.

Bildirilirdi ki, təlimdə 9 min ABŞ əsgəri və 26 müttəfiq və tərəfdaş ölkədən təxminən 17 min hərbçi iştirak edəcək, təlimin bir hissəsi Avropanın 10 müxtəlif ölkəsində keçiriləcək. ABŞ Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, ABŞ-dan başqa, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, “Şimali Defender 23″də Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya təlimlərdə iştirak edəcək.

İki gün əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ermənistanın “Defender 23” təlimlərində iştirak edən ölkələr siyahısına daxil edilməsinin və bir müddət sonra bu siyahıdan çıxarılmasının səbəbini izah edib. Məlumata görə, Pentaqon bəyan edib ki, Ermənistanın “Müdafiəçi 23″ təlimində iştirak edən ölkələr siyahısına salınması səhv idi. Müdafiə Nazirliyi “Amerikanın səsi”nin mövzu ilə bağlı sualını belə cavablandırıb. Bildirilib ki, Ermənistanın “Müdafiəçi 23” təlimində iştirak edən ölkələrin siyahısına daxil edilməsi, sadəcə olaraq, Pentaqonun daxili mətbuat komandasının səhvi olub. “Ermənistan tərəfi “Müdafiəçi 23” təlimlərində heç vaxt iştirak etməyib və iştirakçılar siyahısına daxil edilməməli idi”, – deyə Pentaqonun cavabında bildirilir.

Qeyd olunub ki, ABŞ Müdafiə Nazirliyi aprelin 22-də Avropanın on ölkəsində başlayacaq “Defender 23″ hərbi təlimləri barədə məlumat yayıb. Ermənistan da təlimlərdə iştirak edən ölkələr siyahısına daxil edilib, lakin bir neçə saat sonra mesajın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb.

Heç şübhəsiz ki, Kremlin məsələyə münasibəti son nəticəyə təsir göstərib. İstənilən halda, Rusiya xəbərə çox sərt reaksiya verdi. Rusiyanın Ermənistanda davamlı hərbi təlimlər keçirməsi də məhz bu günlərə “təsadüf etdi”. Bu da maraqlıdır ki, məhz Pentaqonun təkzibi fonunda amerikalı general iki günlük səfərlə İrəvana gedib. Demək, “yanlışlıq” heç də təsadüfi olmayıb. Məlumdur ki, ABŞ Nikol Paşinyanı iqtidara gətirdikdən sonra Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmağa çalışır. Fürsət düşdükcə Paşinyan hökuməti də buna hansısa şəkildə töhfə verir. Bütün bunlar isə İrəvanın 1 nömrəli və rəsmi müttəfiqi Rusiyaya əlbəttə ki, xoş gəlmir. İndi də ABŞ-ın döyüş generalı İrəvana gedir və KTMT üzvü, Rusiyanın forpostu Ermənistanın hərbi məmurları ilə görüşlər keçirir, ortaq hərbi əməkdaşlıq məsələləri, “şəxsi heyətin hazırlanması, birgə təlimlərin (!) keçirilməsi, təcrübə və bilik mübadiləsi” müzakirə olunur. Amma cənab Ellis nədənsə Bakı və Tiflisə də getməyə lüzum görməyib. Görəsən, niyə? Amerikalı generalın İrəvan səfərində gerçək məqsəd nədir – ABŞ Ermənistana yeni ordumu qurur? Kimə qarşı? Əlavə edək ki, Birləşmiş Ştatların postsovet məkanındakı ən böyük səfirliyi (həm ərazi, həm də personal baxımından) məhz İrəvandadır…

Ədalət Verdiyev: Ermənistan Vətən müharibəsi zamanı mülki əhalidən qalxan kimi istifadə etdi - AZƏRTAC

Ədalət Verdiyev

Hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, son aylar ərzində Rusiyanın Qafqazda mövqelərinin kifayət qədər zəifləməsi fonunda ABŞ-ın həm Ermənistan, həm də Azərbaycanla əlaqələrində müəyyən bir canlanma müşahidə olunur: “Ermənistanla isə bu, xüsusilə qabarıq şəkildə özünü göstərir. ABŞ Ermənistanı Rusiyanın caynağından xilas etmək və regionda öz nüfuzunu daha da gücləndirmək üçün müəyyən addımlar atmaqda maraqlı görünür. Mən də bu prosesləri yaxından izləyirəm və bəzi ABŞ rəsmiləri ilə bu mövzuda müzakirələrim də olub. Bu müzakirələrin aparılması birmənalı olaraq Azərbaycanla ABŞ arasında əlaqələrin daha da genişləndirilməsinə, o cümlədən hərbi, hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsinə yönəlib”. Ə.Verdiyev qeyd etdi ki, ABŞ-dan başqa, NATO da son aylarda Azərbaycanla əməkdaşlıqda daha da maraqlı görünür: “Mən bu mövzunu həm də NATO rəsmiləri ilə keçən həftə müzakirə etmişəm. Nəticə etibarilə belə bir qənaətə gəlmək olar ki, ABŞ Azərbaycanla Ermənistan arasında müəyyən əlaqələr yaratmaqda, eyni zamanda Rusiyanın regiondan çıxması ehtimalının artdığı vəziyyətdə özünün nüfuzunu burada bərpa etmək, hər iki tərəflə daha ciddi əlaqələrə malik olmaq niyyətindədir”.

Hərbi ekspert hesab edir ki, Azərbaycan mövcud vəziyyəti doğru-dürüst dəyərləndirir: “Biz əməkdaşlıqdan heç bir zaman imtina etməmişik. Lakin əvvəl olduğu kimi, indi də Türkiyənin xeyrinə balansı qorumaqda daha maraqlıyıq. Başqa sözlə desək, bizim həm ABŞ, həm NATO ilə əməkdaşlığımızın genişlənməsi  adıçəkilən ölkə və qurumun Türkiyə ilə münasibətlərinin bərpa olunmasından sonra mümkün ola bilər”.

Ə.Verdiyevin fikrincə, ABŞ generalının bu dəfə sırf İrəvana getməsi təbii ki, bizim üçün narahatedici məsələdir: “Lakin bu səfər Ermənistanın “xilas”ının əvəzinə ABŞ-ın bizə qarşı hansısa addımlar atacağından xəbər vermir. Əksinə, ABŞ generalının Ermənistana səfəri daha çox Rusiyanı qıcıqlandıracaq və Rusiya-Ermənistan münasibətləri daha kritik bir səviyyəyə gəlib çıxacaq. Azərbaycana səfərə gəlincə, ola bilər ki, belə səfərlər hərbi attaşe və digər rəsmilər tərəfindən də həyata keçirilə bilərdi. Hər halda, hadisələri izləməliyik. Qonşuların və regiona daxil olmaq istəyən ölkələrin fəaliyyətlərinə diqqətimizi artırmalıyıq və bu istiqamətdə addımlarımızı da Türkiyə ilə sinxron şəkildə atmalıyıq”. Ekspertin sözlərinə görə, ABŞ-ın Ermənistanda yeni ordu qurması və onu silahlandırması mümkün görünmür: “Çünki Ermənistan nə qədər Qərbə istiqamətlənsə də, indiki şəraitdə Ermənistan gereralitetinin əksəriyyətinin bir gözü Rusiya tərəfdədir. Belə olan halda Ermənistanın ABŞ modelli ordu qurması və sair barədə danışmaq bir az erkəndir. Bu, o zaman mümkün ola bilər ki, Rusiya-Ermənistan əlaqələri tamamilə qırılma nöqtəsinə gəlsin, Rusiyanın hərbi bazası Ermənistandan çıxarılsın, mövcud olan razılaşmalara xitam verilsin və sair. Bunların da yaxın perspektivdə mümkün olacağını düşünmürəm. Çünki indiki vəziyyətdə bu müqavilələri ləğv etmək, aradan qaldırmaq Ermənistan üçün fəlakətlərə gətirib çıxara biləcək addım olar. ABŞ-ın isə Ermənistanı silahlandırması mümkün görünmür. Çünki buna həm ABŞ-ın silah ixracı qaydaları, həm də Ermənistanın onun müttəfiqi olmaması amili mane olur”.

Yazı çapa hazırlanarkən məlum oldu ki, aprelin 10-da Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Brüsselə işgüzar səfərə gedib. Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan yerli mediaya məlumat versə də, təfərrüatları, səfərin məqsədini açıqlamayıb. Göründüyü kimi, Ermənistan Qərb və Rusiya arasında “haça-paça siyasəti” yürüdür, var-gəl edir. Təsadüfi deyil ki, məhz Ermənistanın ordu rəhbərliyinin Brüsselə yolçuluğuna başladığı gün Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin KTMT missiyasının Ermənistanda yerləşdirilə biləcəyi, bu haqda müzakirələrin aparıldığı ilə bağlı anons verib. Diplomatik mesajdır...“Yeni Müsavat”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki