image-mskbackend

MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək

image-reklam_sirab_01

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləyəcək.

Vətəninfo.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 99.1–99.4, 166-cı maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə azı 35 gün qalanadək seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələbləri təsdiqləməlidir.

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 28-dək olan dövrü əhatə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki