image-img_3402backend

Adil Əliyev şəhid Aydın Feyzullayevin ailəsini ziyarət edib.

image-reklam_sirab_01

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev və müavinləri şəhid Aydın Feyzullayevin ailəsini ziyarət edib. İtkin şəhidimiz Aydın Feyzullayevin ailəsinə Allahdan səbr, şəhidlərimizə rəhmət diləyən İcra başçısı qəhrəmanlarımızın göstərdiyi tarixi şücaətə toxunaraq, əziz xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun əsgəri olan Aydın Feyzullayev qəhrəman döyüş yoldaşları ilə birlikdə tarixi torpaqlarımızın düşmən işğalından azad olunması məqsədilə İkinci Qarabağ müharibəsində iştirak edib və itkin düşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki