Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə və soyğunçuluqda təqsirləndirilən Elgün Ocaqverdiyevin cinayət işinin üzrə məhkəmə istintaqı yekunlaşıb.
Vətəninfo.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fuad Musayev ittiham nitqi ilə çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib.
Müşavirədən sonra hökm elan edib.
Hökmə əsasən, Elgün Ocaqverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Bakının Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev tutulub.
Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.