Ağdam şəhəri — Ağdam rayonunun inzibati mərkəzi, Qarabağ düzündə ən iri şəhərlərdən biridir. Bakıdan 358 km aralıda yerləşir.[1] Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər.
10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, 20 noyabr 2020-ci ildə erməni silahlı birləşmələri Ağdam rayonunu tərk etdi. 20 noyabr 2020-ci ildə Azərbaycan ordusu Ağdama daxil oldu və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin icrasına başlanıldı. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi.
Ağdam ərazisində qədim tarixə malik olan çoxlu memarlıq və incəsənt abidələri var.
İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır.
Ağdamda olan evləri dağıtmaqla yanaşı onun daşlarını da söküb aparmışlar. Mədəni abidələri talan edərək bütün infrastrukturu məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib.
Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə uçurulub.
Ağdam şəhərinin yeni nəzərə çarpacaq xüsusiyyətlərdən biri kimi onun “intensiv, müasir bağlar” və əlçatan yaşıl zonalara sahib olmasıdır.Həmin bağların içində kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər ola bilər ki, şəhərə gələn qonaqlar “kənara çıxmadan bağ-bağatın içində” dincələ bilsinlər. Digər bir məqam bitkilərin seçimi ilə bağlıdır – nəzərdə tutulur ki, “lavanda bitkisi kimi gül açan, badam bitkisi”,digər çiçəklənən bitkilər olsunlar. “Yaz gələndə Ağdam hər ay dəyişən çiçəklərin əhatəsində olacaq”, – Ruslan Sadıqov qeyd edib. Adətən, şəhərdə yaşıllıq zonaları üçün 15 faiz ayrılırsa da, layihədəki meşə zolaqlarının sahələri 23 faizə çatacaq
əqliyyat infrastrukturunda əsas üstünlük piyadalara veriləcək, yeni Baş planda belə göstərilir. “Siz artıq bu haqda dediniz – birinci piyadalardır, ikinci velosiped, sonra ictimai nəqliyyatdır, ondan sonra isə taksi və “Carsharing”, – İlham Əliyevə nəqliyyat şəbəkəsi barədə məlumat verən Ruslan Sadıqov deyib. Baş planda əsas hərəkət vasitəsi kimi velosipedlər xüsusi yer tutacaq. Bunun üçün ayrıca “şərait və infrastruktur olacaq ki,” insanlar yola çıxmadan velosipeddən təhlükəsiz, “rahat istifadə edə bilsinlər”.Şəhərdə ictimai nəqliyyat vasitəsi olaraq həmçinin relslər olmadan təkərlər üzərində hərəkət edəcək tramvay xətləri də nəzərdə tutulub. Tramvay marşrutun digər nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməməsi üçün yolun ortası ilə keçməyəcək.
Təhsil Nazirliyi Ağdamda tikiləcək 15 məktəb layihəsini təqdim edib. Burada həmçinin Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur. “Ağdam bütün Qarabağın təhsil mərkəzi olacaq”, – təqdimat vaxtı İlham Əliyev deyib. Ağdamda açıqlanan məlumata görə, xüsusi məktəb inşa etməyə investorlar da maraq göstərir. Şəhərdə məktəblər üçün yer elə seçilib ki, istənilən nöqtənin “300-350 metrliyində məktəb olacaq”.
HÜMBƏTLİ FİRUZƏ–ADPU


























