image-reklam-veteninfo
image-1backend

Putin Hindistana niyə gedir?

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində iştirak etmək və Baş nazir Narendra Modi ilə ikitərəfli görüş keçirmək məqsədilə Hindistana üç günlük səfəri başlayıb. Bu səfər iki liderin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsindəki görüşündən cəmi bir neçə gün reallaşıb. Putinin səfəri Hindistan və Rusiyanın mülki aviasiya sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışdığı və Rusiya təyyarələrinin Hindistanda istehsalı imkanları ilə bağlı müzakirələrin genişləndiyi bir dövrə təsadüf edir.

Bu arada, Çin lideri Si Cinpinin də Hindistandakı sammitdə iştirakı təsdiqlənib. Si Cinpini Hindistana səfərində təxminən 400 rəsmidən ibarət nümayəndə heyəti müşayiət edəcək. Halbuki, Pekin son ana qədər Çin liderinin sammitdə iştirak edib-etməyəcəyinə dair məlumat yaymırdı. Bu Si Cinpinin 2019-cu ildən bəri Hindistana ilk səfər olacaq. Bu səfər, Himalay dağlarındakı mübahisəli sərhəddə baş verən və hər iki tərəfdən itkilərlə nəticələnən hərbi toqquşmadan altı il sonra reallaşacaq. Son vaxtlar nüvə silahına malik bu iki Asiya nəhəngi arasında əlaqələr yenidən yaxşılaşmağa başlayıb; uçuşlar, viza rejimi və yüksək səviyyəli təmaslar tədricən bərpa olunur. Bununla belə, iki ölkə arasında etimadsızlıq hələ də qalmaqdadır; mübahisəli sərhəd məsələsi, artan ticarət kəsiri və strateji rəqabət ikitərəfli münasibətləri mürəkkəbləşdirməkdə davam edir.

Bir qisim ekspertin fikrincə, Hindistanda keçiriləcək sammitin BRICS çərçivəsində əməkdaşlığa təkan verəcəyi, üzv ölkələrə və daha geniş mənada “Qlobal Cənub”a qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını genişləndirməyə kömək edəcəyi, həmçinin çoxtərəfliliyə sadiqliyi bir daha təsdiqləyəcəyi gözlənilir. Hindistan 2026-cı ildəki BRICS sədrliyi üçün “Dayanıqlılıq, innovasiya, əməkdaşlıq və davamlılıq naminə quruculuq” mövzusunu seçib və bu zaman insan mərkəzli yanaşmaya, eləcə də “Qlobal Cənub” ölkələri arasında daha güclü əməkdaşlığa xüsusi diqqət yetirilməsini nəzərdə tutub. Hindistan BRICS sədrliyindən istifadə edərək startaplar, innovasiya, dayanıqlı təchizat zəncirləri və yaşıl enerji sahələrində praktiki, inkişaf yönümlü nəticələrə doğru istiqamətləndirməyi, eyni zamanda milli valyutalarla ticarətin artırılmasına və qlobal təsisatlarda islahatların aparılmasına nail olmağı hədəfləyir.
Yeni Dehli BRİCS sammitinin yekun bəyanatında Qərb əleyhinə bəndin salınmasın imkan verməyəcək. Hindistan və Braziliya BRICS-i əsasən iqtisadi platforma, Çin və Rusiya isə onu geosiyasi platforma kimi görürlər. BRICS-ə üzv ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatla bağlı razılığa gələ bilməməsi mövqe fərqlərini ortaya qoyub. Hindistan tez-tez Vaşinqtonla razılaşmır və beynəlxalq nizamın bəzi hissələrinin islah olunmasını istəyir. Bununla belə, Yeni Dehli anlayır ki, Hindistanın inkişafı Qərblə sıx münasibətlərdən asılıdır. Amerika Birləşmiş Ştatları Hindistanın ən böyük bazarı və kapital, texnologiya və investisiyanın vacib mənbəyi olaraq qalır.

Nə Çin, nə də Rusiya bunu əvəz edə bilməz.

Buna baxmayaraq, Yeni Dehli Vaşinqtonun tarif siyasətini də qəbul etmir. ABŞ tarif siyasətinin iqtisadi dəyişkənliyi artırdığı bir vaxtda BRICS ticarət nazirləri çoxtərəfli ticarət qaydalarının qorunub saxlanılmasına və canlandırılmasına çağırıblar. Digər tərəfdən Hindistanın ABŞ dollarına qarşı maliyyə üsyanına rəhbərlik etməkdə heç bir marağı yoxdur. Yeni Dehli BRICS valyutasına qarşı çıxır və bunun əvəzinə yerli valyuta ilə hesablaşma və sərhədyanı ödənişlərin asanlaşdırılması kimi praktik tədbirləri dəstəkləyir.

“Atlas” Araşdırmalar Mərkəzi




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki