image-reklam-veteninfo
image-img-20260605-wa0094backend

Ağstafa RİH başçısı növbəti dəfə Ağgöl və Zəlimxan kəndlərinin sakinlərini dinləyib – FOTOLAR 

image-reklam-veteninfo

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbullarını Ağgöl və Zəlimxan kənd sakinləri ilə keçirib. Səyyar qəbullarda rayonun hüquq-mühafizə strukturlarının, aidiyyəti təşkilatların nümayəndələri və yaşayış məntəqələrinin sakinləri iştirak ediblər.
Səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi ölkəmizin və xalqımızın xoşbəxt, firəvan gələcəyinin möhkəm zəmanətidir. Qeyd olunub ki, ölkəmizdə vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə fəaliyyət göstərən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalı üzərindən də hər kəs yaşadığı ünvanı tərk etmədən müxtəlif məzmunlu müraciətlərini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilər.
Səyyar qəbullarda vətəndaşların qaldırdıqları məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, eyni zamanda, yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

image-img-20260605-wa0101 image-img-20260605-wa0100 image-img-20260605-wa0099 image-img-20260605-wa0097 image-img-20260605-wa0096 image-img-20260605-wa0095 image-img-20260605-wa0094




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki