image-1backend

Albaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ceyhun Bayramova etimadnaməsinin surətini təqdim edib

image-reklam_sirab_01

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Albaniyaın yeni təyin olunan səfiri Besart Kadia ilə görüşüb.

Vətəninfo.az XİN-dən verilən məlumata əsasən, Albaniyanın Azərbaycanda ilk rezident səfiri təyin olunan Besart Kadia etimadnaməsinin surətini nazirə təqdim edib.

C.Bayramov yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan və Albaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.

Azərbaycan və Albaniya arasında müxtəlif sahələr, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, investisiyalar, humanitar, turizm və s. istiqamətlər üzrə mövcud əməkdaşlığın məmnunluq doğurduğu, xüsusilə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image