image-b0dcc727-ad16-382f-a15c-e2189569e161_850backend

AMEA işçilərinin sayı 3 510 nəfər olacaq

image-reklam_sirab_01

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki