image-reklam-veteninfo
image-images-1backend

Rusiya XİN-dən TRIPP layihəsi ilə bağlı açıqlama: Moskva və Tehranın maraqları nəzərə alınmalıdır

image-reklam-veteninfo

Rusiya Xarici İşlər Nazirliyi TRIPP layihəsinin həyata keçirilməsi zamanı Moskva və Tehranın regional maraqlarının nəzərə alınmasının vacibliyini bəyan edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, TRIPP layihəsi mahiyyət etibarilə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli İşçi Qrupunun əvvəlki illərdə regionda nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılması istiqamətində apardığı işlərin böyük hissəsini əks etdirir.

Zaxarova vurğulayıb ki, layihənin reallaşdırılması zamanı Moskva və Tehranın maraqlarının nəzərə alınmaması yolverilməzdir. O, xüsusilə İranın bu məsələ ilə bağlı narahatlığını açıq şəkildə ifadə etdiyini qeyd edib.

Rusiya XİN sözçüsünün fikrincə, TRIPP təşəbbüsü Cənubi Qafqazda yeni ayırıcı xətlərin yaranmasına səbəb olmamalıdır.

Zaxarova xəbərdarlıq edib ki, layihə regionda qarşıdurma və yeni geosiyasi maneələr yaradarsa, onun nəqliyyat-logistika təşəbbüsü kimi uğur qazanması çətin olacaq.

Qeyd edək ki, TRIPP layihəsi regionda nəqliyyat əlaqələrinin inkişafı və kommunikasiyaların açılması ilə bağlı mühüm təşəbbüslərdən biridir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki