image-1backend

ATƏT DTİHB-in müşahidə missiyasının rəhbəri onun tərkibi barədə danışıb

image-reklam_sirab_01

“Müşahidə missiyanı Azərbaycan hökuməti dəvət edib. DTİHB indiyə qədər Azərbaycanda 13 dəfə müşahidə missiyası həyata keçirib, sonuncu monitorinq fevralda erkən prezident seçkiləri zamanı həyata olub”.

Vətəninfo.az  xəbər verir ki, bunu DTİHB müşahidə missiyasının rəhbəri Ditmir Buşati ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun müşahidəçiləri (DTİHB) Azərbaycanda keçiriləcək Milli Məclisə növbədənkənar seçkiləri müşahidə missiyasının açılışı ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, fəaliyyətləri ilə bağlı Mərkəzi Seçki Komissiyası və XİN-də qeydiyyatdan keçiblər, görüşləri olub.

Əməkdaşlığa görə təşəkkürünü çatdıran D. Busati ATƏT-in 57 üzvdən ibarət olduğunu, bu ölkələrin əsas insan azadlıqları və fundamental hüquqlarla bağlı öhdəliklər götürdüyünü, bu öhdəliklərdən birinin də seçki prosesinin monitorinqi üçün DTİHB-nin dəvət edilməsi olduğunu vurğulayıb.

“Əsas komandamızın 11 beynəlxalq üzvü var və onlar ATƏT-in 11 ölkəsini təmsil edir. Əsas komandanın üzvləri növbəti bir neçə həftə ərzində Bakıda fəaliyyət göstərəcək, seçkiyə hazırlığı müşahidə edəcəklər. Təhlükəsizlik və satınalma ilə bağlı köməkçi komandamız da var. Bakıdakı əsas komandanın üzvləri Azərbaycanın digər rayonlarına səfər edəcək. Növbəti həftə – 6 avqustda isə 28 müşahidəçi Azərbaycana gələcək. Onlar regional səviyyədə uzunmüddətli müşahidə aparacaqlar”, – deyə o bildirib.

Müşahidə missiyasının rəhbəri əlavə edib ki, 280 qısamüddətli müşahidəçi də prosesdə iştirak üçün müraciət edib: “Bu müşahidəçilər seçki günüdən etibarən prosesdə və səslərin sayılmasında iştirak edəcək.

Xarici müşahidə missiyasının tərkibində olmaq üçün də ATƏT-dən missiya gələcək.

Biz missiyamızı təsbit edilmiş prinsiplərə uyğun həyata keçirəcəyik. Missiyamız seçki prosesini, ona hazırlığı müşahidə edir və biz nəticələri öz hesabatımızda dərc edirik. Seçkinin sonunda isə ilkin qənaətlərimizi açıqlayacağıq.

Seçki prosesinin tamamlanmasında sonra yekun hesabat bir neçə ay ərzində dərc olunacaq, bu hesabatda öz tövsiyələrimizi də təqdim edəcəyik. Biz missiyamızı şəffaf şəkildə həyata keçirəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki