image-5a4f2c4f-2f79-31f4-ab5c-c76de66df2b5_850backend

Avropada son 500 ilin ən güclü quraqlığı yaşanır

image-reklam_sirab_01

Avropa qitəsi son 500 ilin ən güclü quraqlığına məruz qalıb.

İsveçrə-Fransa sərhədindəki Bren gölündəki vəziyyət Avropadakı tarixi quraqlığın miqyasını mükəmməl şəkildə göstərir.

Su hövzəsi 12 min il əvvəl Yura dağ massivində əmələ gəlib. Əvvəllər onun dərinliyi 18 metrə çatırdısa, bu yay göl, demək olar ki, tamamilə quruyub.

Brüsseldə rekord isti yayın təbiətə və insanlara təsirini həyəcanla öyrənirlər.

“Son əkin monitorinqi hesabatında vurğulanır ki, Avropanın bir çox yerlərində fövqəladə isti və quru hava şəraiti bu yay üçün məhsuldarlıq proqnozlarını xeyli dərəcədə azaltmağa davam edir. Alimlərin fikrincə, Aralıq dənizinin qərbində hava noyabra qədər isti və quru olacaq. Daha əvvəl qeyd etdiyimiz kimi, belə quraqlıq azı 500 ildir olmayıb”, – Avropa Komissiyasının rəsmi nümayəndəsi Yohannes Barke bildirib.

Quraqlığın yeganə nəticəsi məhsulun məhv olması deyil. Bir çox Avropa şəhər və kəndlərində, məsələn Fransanın cənub-şərqindəki Le Buşe Sen Nikolda sakinlərin kifayət qədər içməli suyu yoxdur. Onu yük maşınları ilə çatdırmaq lazım gəlir.

Çaylarda və göllərdə suyun səviyyəsinin aşağı olması ekoloji problemləri daha da artırır. Bir çox su hövzələrində balıqlar ölür, kifayət qədər dərinlik olmadığı üçün isə su ilə sərnişin və yük daşımaları dayanır.

İstilik və quraqlığın digər mənfi təsiri yanğınlardır, yanğın 2022-ci ildə təxminən 700 min hektar meşə sahəsini məhv edib. Bu, illik orta göstəricidən dörd dəfə çoxdur.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki