image-8f7c294e-78c7-3be5-9a62-d29f665833de_850backend

Avropalı deputat Ukraynaya Aİ üzvlüyünə namizəd statusu verilməsini tezləşdirməyə çağırıb

image-reklam_sirab_01

Avropa Parlamentində çoxluq təşkil edən Avropa Xalq Partiyası qrupunun rəhbəri Manfred Veber Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilməsini tezləşdirməyə çağırıb.

Veteninfo.az xəbər verir ki, o, bu barədə “Funke Mediengruppe”yə müsahibəsində deyib.

“Hazırda Avropa İttifaqı prosedurla bağlı rəsmi müzakirə aparmaq əvəzinə siyasi ismarıc verməlidir”,- M.Veber vurğulayıb.

Xatırladaq ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen üzvlük müzakirələrini başlamaq üçün əsas sənəd olan anketi Ukrayna Prezidenti Volodimir Zelenskiyə təqdim edib. Doldurulmuş anket aprelin 18-də Brüsselə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki