image-1backend

Azərbaycan Gürcüstanla birgə “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə diqqəti artırır

image-reklam_sirab_01

Azərbaycan və Gürcüstan “Azərbaycan-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi fəaliyyətini gücləndirir.

Vətəninfo.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “X” platformasındakı hesabında bildirib. Nazir Tbilisi şəhərinə səfəri zamanı Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.

“Gürcüstana səfər çərçivəsində bu ölkənin Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə enerji əməkdaşlığımızın gündəliyindəki ikitərəfli və regional əhəmiyyətli məsələlərə dair səmərəli görüşümüz oldu. Azərbaycan-Gürcüstan dostluğu və strateji tərəfdaşlığı əsasında geniş miqyaslı yeni enerji təhlükəsizliyi layihəmizin inkişafını dəyərləndirdik. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə fəaliyyətin gücləndirilməsi və prosesin sürətləndirilməsində həmrəy olduğumuzu ifadə etdik”- deyə nazir əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki