image-photo-2021-12-20-08-46-37-1backend

Azərbaycan mədəni irsinin Ermənistan tərəfindən hədəf alınması

image-reklam_sirab_01

Ermənistanın işğalçılıq siyasətinin məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının milli irsinin dağıdılmasıdır. Bu, etnik və mədəni təmizləmə, müharibə cinayətləridir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlardır.
Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı, mədəni irsini talan etdiyi, tarixi abidələrini dağıtdığı Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir. Zəngin mədəni irsə malik Qarabağın Azərbaycana Pənahəli xan Cavanşir, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Molla Pənah Vaqif, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər və mədəniyyət xadimlərini bəxş etmişdir. Ənənəvi Qarabağ atüstü oyunu Çovqanın, əsasən Qarabağda formalaşan Azərbaycan muğamının və Azərbaycan xalçasının UNESKO-nun müvafiq siyahılarına daxil edilib.
Dağlıq Qarabağda, ətraf rayonlarda tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdür. Dağlıq Qarabağda azərbaycanlı əhalinin əsrlərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıtmaq bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyini yox etmək cəhdidir
yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.
Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan Zəngilan rayonu ərazisində də belə faktların üzə çıxmışdır. Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsi İslam dünyası üçün təhqirdir.
XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində – İrəvan şəhərində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb ki, bununla da erməni tərəfi beynəlxalq ictimaiyyət qarşısında gözdən pərdə asmaq istəyir.
Azərbaycanın ikinci ən böyük şəhəri və qədim mədəniyyət mərkəzi olan Gəncəyə raket hücum nəticəsində nəinki dinc insanlar ölüb və yaralanıb, həm də tarixi tikililərə ziyan dəyib. XIX əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrin İmamzadə məscidi, XIX əsr Aleksandr Nevski Rus Pravoslav kilsəsi kimi digər abidələr də Ermənistanın raket hücumları nəticəsində zərər görüb
Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar da yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb.
Mədəni irsin hədəfə alınması, müharibə cinayətidir!

Abdullayeva Aytən Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki