image-milli-meclis_700x390_17_700x390backend

“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik ediləcək

image-reklam_sirab_01

 

Oktyabrın 7-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilir.

İclasın gündəliyinə “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilmısi barədə Azərbaycan Respublikası Konstitusiya qanunun layihəsi daxil edilib.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi insan hüquqları və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin, həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Qanun layihəsinin hazırlanmasını zəruri edən əsas şərtlərdən biri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə MÜvəkkili (Ombudsman) Aparatının statusunun “A”-dan “B”-yə endirilməsi olub.

“A” statusu Milli İnsan Hüquqları Təsisatlarına (o cümlədən Ombudsman təsisatlarına) Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarda, BMT-nin İnsan Hüquqları Şurasında və müqavilə qurumlarında, eləcə də digər beynəlxalq və regional mexanizmlərdə xüsusi iştirakçı hüququ və söz hüququ verməklə yanaşı, bu statusdan irəli gələn digər üstünlükləri qazandırır. BMT, eləcə də digər beynəlxalq və regional təşkilatların Baş Assambleya orqanları “A” statuslu Milli İnsan Hüquqları Təsisatlarına onların işlərində iştirakına imkan yaradır ki, bu da öz növbəsində dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir. “A” statusunun yenidən əldə olunması yuxarıda qeyd olunanlarla yanaşı, ölkəmizdə BMT-nin İnsan Hüquqları Şurasının aidiyyəti sessiyalarına yazılı və şifahi bəyanatlar təqdim etmək hüququnu bərpa edəcəkdir ki, bu da postmüharibə dövründə dövlət maraqları baxımından olduqca əhəmiyyət kəsb edir.

Qanun layihəsində təklif edilən bir qrup dəyişikliklər isə ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdıırlması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədilə hazırlanıb. Bu islahatlar hazırda da davam etdirilməkdədir. Konstitusiya Qanunun göstərilən subyektlərə münasibətdə tətbiqi baxımından yarana biləcək məhdudiyyətlərin qarşısının alınması, bununla da müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətinin təmin edilməsi üçün Konstitusiya Qanunun 1.1-ci maddəsində müvafiq dəqiqləşdirmə aparılıb, eləcə də digər maddələr üzrə fəaliyyət istiqamətləri konkretləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki