Ermənistan parlamentinin spikeri Alen Simonyan bu ilin noyabrda Cenevrədə Azərbaycan Respublikasının Milli Məclisinin sədri ilə
görüşəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Əvvəlki görüşdə əldə olunmuş ilkin razılığa əsasən, Alen Simonyan və VII çağırış Milli Məclisin sədri arasında növbəti görüş
noyabrda Cenevrədə baş tutacaq.
İclas əvvəlkilər kimi eyni formatda keçiriləcək.