image-b629bf4b-4adc-394c-a818-af2f8978c388_850backend

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlanıb

image-reklam_sirab_01

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında növbəti görüş oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.

Məlumata görə, nazirlərin iki ölkə arasında normallaşma prosesinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 19-da Nyu-Yorkda görüşüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki