image-photo-2021-12-23-22-42-16-1backend

Azərbaycan və İslam Əməkdaşlıq Təşkilatı

image-reklam_sirab_01

Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə ilkin əməkdaşlığı respublikanın müstəqillik tarixi ilə eyni vaxtda baş tutmuşdur. Artıq 18 ildir ki, mövcud münasibətlər səmərəli inkişaf tempi ilə müşahidə olunmaqdadır. Bu illər ərzində Azərbaycanın xarici siyasət kursunun genişlənməsi, uğurlu strategiya və beynəlxalq qurumlardakı balanslaşdırılmış diplomatik fəaliyyəti müsəlman təşkilatları ilə həmrəyliyin əhəmiyyətini artırmışdır. Bu baxımdan, Azərbaycan Respublikasının keçən illər ərzində İKT ilə həyata keçirdiyi elmi-mədəni əməkdaşlığının tədqiq olunması zərurət olaraq qalmaqdadır. İKT-nin təhsil, elm və mədəniyyət sahəsində fəaliyyət göstərən struktur bölmələri ilə ikitərəfli əlaqələrin qurulması, bu təşkilatın İslam irsi və mədəniyyətinin araşdırılması istiqamətində Azərbaycanla əməkdaşlığının vacib olduğunu söyləməyə əsas verir.

 

1997-ci il dekabr ayının əvvəllərində Tehranda keçirilən İKT-nin VIII zirvə toplantısının iş prosesində “İslam tarixi, incəsənəti və mədəniyyəti araşdırmaları mərkəzinə dair” (IRCICA) qətnаmә qəbul olunmuşdur. Qətnamənin VII maddəsinə əsasən mərkəz 1998-ci ilin payızında Bakı şəhərində, Prezident Heydər Əliyevin himayəsi altında, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Elmlər Akademiyası ilə birlikdə “Qafqazda islam sivilizasiyasına dair” beynəlxalq simpoziumun geniş tərkibdə keçirilməsinə nail oldu (1). İKT-nin xətti ilə keçirilən bu mötəbər tədbirdə Qafqaz sivilizasiyasının formalaşmasında islam amilinin rolu, müsəlman Qafqaz dövlətlərinin elmi-mədəni həyatında islam mədəniyyəti və mənəviyyatının yüksək mövqeyi xüsusilə vurğulanmışdır. Asiya və Avropanın qovuşuğunda yerləşən Azərbaycanın bu mədəniyyət və mənəviyyatdan kənarda qalmaması, əksinə, bu gün İKT sıralarında uğurla təmsil olunması, Azərbaycan xalqının islam mədəniyyəti ilə sıx bağlı olduğunu bir daha sübut etməkdədir.1976-cı ildə İKT xarici işlər nazirlərinin İstanbulda keçirilən VII konfransında qəbul olunan qərarlara müvafiq olaraq təsis edilmiş IRCICA Sultan II Əbdülhəmidin Ulduz sarayında yerləşir ki, bu mərkəz islam tarixinə dair elmi araşdırmalar aparır (16). Ümummilli lider Heydər Əliyevin simpoziumdakı əhatəli çıxışı müsəlman ölkələrinin diqqətini respublikaya yönəltmiş və İslam dünyası ilə əlaqələrimizin elmi-mədəni əməkdaşlıqla davam etdirilməsinin əhəmiyyətli olduğu bildirilmişdir.

 

İslam dünyasının mötəbər təhsil, elm və mədəniyyət mərkəzi, İKT-nin bu sahədə müsəlman ölkələri ilə əlaqələr qurduğu ən böyük mədəni struktur bölmələrindən olan ISESCO-dur. Әmәkdaşlığımızın ilk günündən ISESCO Azərbaycanın haqq işinin dəstəklənməsinə öz qüvvəsini səfərbər etmişdir. İKT, ISESCO və bütövlükdə islam dünyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yönündə birmənalı mövqe nümayiş etdirərək, ermənilərdən işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalarını tələb etməkdədir. Bu məqamda ISESCO-nun beynəlxalq konfrans və simpoziumlarda, alimlərlə keçirilən tədbirlərdə, elm məclislərində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi buna bariz nümunədir. İKT Azərbaycanın işğal olunmuş ərazilərində elmi-mədəni abidələrimizi talan edən erməni vandalizmini pisləmiş və müxtəlif illərdə müvafiq qətnamələr qəbul etmişdir ki, bugünə qədər dünya ictimaiyyəti problemə lazımi reaksiya verməmişdir.

 

Son beş il Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatı ilə qurulan mədəni münasibətlərinin inkişafında xüsusilə maraq kəsb etməkdədir. Bu illər İKT-nin də himayəsi ilə birgə respublikada həyata keçirilən elmi-mədəni tədbirlərin reallaşması baxımından məhsuldar olmuşdur. Azərbaycan bir sıra beynəlxalq və regional tədbirlərin mərkəzinə çevrilmişdir. İKT Gənclər Forumunun (GF) təsis edilməsi isə respublika gənclərinin mədəni həyatında baş verən mühüm hadisə idi. Forumun təsis edilməsi haqda ideyanın məhz Azərbaycan tərəfindən təqdim edilməsi isə respublika gəncliyinin bu işdə nə qədər maraqlı olduğunu deməуә əsas verir. Azərbaycan Respublikası Gənclər Təşkilatlan Milli Şurasının (ARGTMŞ) sədri Fuad Muradov təsisat iclasında forumun əhəmiyyətindən danışarkən qeyd etmişdir ki: “İslam Konfransı Təşkilatı (İKT) özünü islam mədəniyyətinə aid edən dünyanın 57 ölkəsini öz sıralarında birləşdirən nüfuzlu beynəlxalq təşkilatlardan sayılır. Bu təşkilata üzv olan ölkələr arasında sıx elmi, mədəni və siyasi əlaqələr yaranması, fəal elmi və mədəni informasiya mübadilələri aparılması istiqamətində geniş imkanlar yaradır. Lakin dünya siyasi arenasında özünəməxsus yeri və çəkisi olan İKT-nin gənclər siyasəti ilə məşğul olan qurumu indiyə kimi mövcud deyildir”. 2001-ci ildən ARGTMŞ ilə Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) İKT ölkələrindən olan gənclərin qeyri-hökümət təşkilatlarını özündə birləşdirən Forumunu yaratmaq ideyasını irəli sürmüş və bu məqsədi həyata keçirmək üçün bir sıra əməli işlər görmüşdür. İKT GF-in yaradılması üzrə ilk görüş 2003-cü il avqust ayının 22-23-də Bakıda keçirilmişdir. Bu görüşdən sonra 2004-cü ilin 1-3 dekabr tarixlərində İKT GF-in təsis qurultayı уеnә də Bakıda baş tutmuşdur. Təşkilatın baş katibi Elşad İsgəndərov Forumun Azərbayсаnın mədəni, siyasi həyatında vacib rol oynayacağını bildirmişdir: “57 ölkəni öz sıralarında birləşdirən İKT-nin Gənclər Forumunun yaradılmasının çox mühüm beynəlxalq əhəmiyyəti var. Çünki, 1.5 milyard əhalisi olan islam dünyasının böyük  gənclər təşkil edir .

Azərbaycan  Dövlət Pedaqoji Universiteti    Əhmədova Cavahir

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki