image-2backend

Azərbaycan və Vyetnam qarşılıqlı əməkdaşlığı dərinləşdirməyi hədəfləyib

image-reklam_sirab_01

Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnamın Baş naziri Fam Min Tin arasında baş tutan görüşdə iki ölkə arasında ənənəvi dostluq və əməkdaşlığın dərinləşdirilməsi əzmi təsdiqlənib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Vyetnam hökumətinin onlayn qəzetinin materialında bildirilib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Fam Min Tin iqtisadi, ticarət, elmi və texnoloji əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiyanın rolunun gücləndirilməsi, həmçinin neft və qaz, kənd təsərrüfatı, turizm və regionlararası qarşılıqlı fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsi yolu ilə iki ölkə arasında ənənəvi dostluq və əməkdaşlığı dərinləşdirmək əzmini təsdiqləyiblər”, – məqalədə qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-24-də Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatında iştirak edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image