image-2backend

Azərbaycan XİN başçısının müavini Sloveniyada Avropa ölkələrinin enerji təhlükəsizliyinə verilən töhfədən danışıb

image-reklam_sirab_01

Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyada keçirilən Bled Strateji Forumunda iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, forum çərçivəsində qlobal iqtisadiyyat mövzusuna həsr olunmuş paneldə çıxış edən F.Rzayev dövlətin həyata keçirdiyi irimiqyaslı enerji layihələri, Avropa ölkələrinin enerji təhlükəsizliyinə verdiyi töhfə barədə məlumat verib, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və fəaliyyəti sahəsində oynadığı vacib rol barədə danışıb. O, Azərbaycanın bu fəaliyyətinin Cənubi Qafqaz regionunun təhlükəsiz, firavan və inkişaf etmiş bir məkana çevrilməsi baxımdan xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Səfər çərçivəsində, həmçinin Sloveniyanın Xarici İşlər Nazirliyində dövlət katibi Marko Ştuçin ilə keçirilmiş görüşdə Azərbaycan və Sloveniya arasında ikitərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər, o cümlədən iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi, iqtisadiyyat və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirlməsi məsələləri müzakirə olunub. Bu xüsusda əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.

F.Rzayev post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə qarşı tərəfi məlumatlandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki