Bu gün, tarixi Naxçıvan Sazişi ilə əsası qoyulmuş, bir-birinə sıx tellərlə bağlı olan Türk dövlətləri və xalqları arasında qardaşlıq, dostluq, həmrəylik əsasında birgə əməkdaşlığa əsaslanan Türk Dövlətləri Təşkilatının yaradılmasından 15 il ötür.
Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
“Bu münasibətlə, ailəmiz hesab etdiyimiz Türk dünyasını birləşdirən Təşkilatın bütün üzv və müşahidəçilərini ürəkdən təbrik edir, ötən 15 il ərzində daha fəal, sistematik xarakter alan TDT-nin bundan sonra da gücləndirilməsi istiqamətində birgə fəaliyyətimizdə uğurlar arzu edirik!”, – məlumatda vurğulanıb.